Bakı-Quba yolu yenə asfaltlanır - 12 il əvvəl 641 milyon xərclənmişdi - Fotolar

Bakı-Quba yolu yenə asfaltlanır -
Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinə asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, torpaq işləri yekunlaşan ərazilərdə "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb:

“İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır”.

Qeyd edək ki, bu ilin iyun ayında iqtisadçı-ekspert Samir Əliyev sözügedən yolun dağıdılma prosesindən fotolar paylaşaraq, ümumilikdə 641 milyon manata yaxın vəsaitin xərcləndiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun dağıdıldığını bildirmişdi. Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Bakı-Quba yolu yenə asfaltlanır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...