"Xalq" və "Əməkdar" fəxri adı daşıyanların sayı və aldıqları təqaüd - Açıqlandı

  "Xalq" və "Əməkdar" fəxri adı daşıyanların sayı və aldıqları təqaüd -
Son bir ildə Azərbaycanda təqaüd alan "Xalq" və "Əməkdar" fəxri adı daşıyanların sayı 3,7% və ya 172 nəfər artıb.

Gundeminfo.az daxil olan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə "Xalq" fəxri adı daşıyanların sayı 3 nəfər azalıb, "Əməkdar" fəxri adı daşıyanların sayı isə 175 nəfər artıb.
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 263 nəfər "Xalq", 4 590 nəfər isə "Əməkdar" fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, "Xalq" və "Əməkdar" fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə artıb. "Xalq" fəxri adı daşıyanların təqaüdləri 30 manat artaraq 180 manata, "Əməkdar" fəxri adı daşıyanlara isə 20 manat artaraq 120 manata çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...