Bakıda qoçular peyda oldu: Özünü AQTA əməkdaşı kimi təqdim edib obyekt bağlayır - FOTO

Bakıda qoçular peyda oldu:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı heç bir səbəb göstərmədən və özünü təqdim etmədən iş yerini bağlamağa çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Həsrət sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, özünü təqdim eməkdən imtina edən şəxs iş yerini bağlamaq üçün gəldiyini bildirib:

“Bu adam kimdir? Bilmirik. Bir iş yerinə gəlib və deyir ki, buranı plomblamalıyam. İddia edib ki, Qida Təhlükəsizliyi Agentliyindən gəlib. Adını soruşublar, deməkdən imtina edib. Hətta qayıdıb ki, adımı nə edirsiniz? Yəni bu tərbiyəsiz adam kimdirsə, ya adıkeçən qurumun adından sui-istifadə edir, ya da oranın işçisidir, rüşvət almaq üçün çırpınırmış. Qoşqar Təhməzli və idarəsindən xahiş edirik ki, bu məsələyə aydınlıq gətirsin”.

Məsələyə münasibət bildirən əksər sosial şəbəkə istifadəçiləri isə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini tənqid ediblər. Şikayətçilərdən biri belə yazıb:

“O Agentlikdə anarxiya hökm sürür. Kənd təsərrüfatı üçün gətirilən mineral gübrələrdan tutmuş, obyektlərə qarşı haqsız addımlara qədər, nələr yoxdur ki… Normal ölkələrdə çatışmazlıqlar barədə profilaktik, həvəsləndirici tədbirlər keçirilir ki, iş yerləri qapanmasın. Bunlar isə özünü Qoçu Əsgər kimi, yaxud məhlə “tripaş”ları kimi aparır”.


Bakıda qoçular peyda oldu:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...