“Wolt”dakı boykotu təşkil edən şəxs polisə çağırıldı - Açıqlama

“Wolt”dakı boykotu təşkil edən şəxs polisə çağırıldı -
İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının koordinatoru Afiəddən Məmmədov “Wolt” kuryerlərinin boykotunu təşkil etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fatimə Mövlamlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bundan əlavə, dünən boykotda iştirak edən kuryerlərin bəziləri də BŞBPİ-yə çağırılıb. Bir neçəsini isə işdən çıxarıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən şəxs şikayətlərinin dinlənilməsi üçün polisə üçün dəvət edilib. Araşdırma aparılır.
Qeyd edək ki, “Wolt” şirkətinin kuryerləri 3 gündür boykot elan ediblər. Onlar ötən gün etiraz aksiyası da keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...