Azərbaycan külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi “İnterpol” xətti ilə axtarır

Azərbaycan külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi “İnterpol” xətti ilə axtarır
Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterpol”un saytında məlumat qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.

Onun barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün “İnterpol”a müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...