Türkiyənin məşhur şirkəti Azərbaycanı tərk edir

  Türkiyənin məşhur şirkəti Azərbaycanı tərk edir
Türkiyənin aparıcı telekommunikasiya şirkətlərindən biri olan “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN - 2005055121) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25 E ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi 12.06.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyə Ferda Yapıcı rəhbərlik edib.
1967-ci ildən fəaliyyət göstərən “Netaş” şirkəti Türkiyədə ilk özəl “Tədqiqat və inkişaf” (TƏ-İN) mərkəzinin qurucusu hesab olunur. 2017-ci ildən “Netaş” səhmlərinin 48%-i Çinin “ZTE Corporation” şirkəti tərəfindən satın alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...