Ankarada qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Ankarada qiymətlər:

Azərbaycanla quru sərhədi olan ölkələrin paytaxtlarındakı qiymətlər barədə mütəmadi informasiya yayırıq. İndi isə növbə Türkiyə paytaxtı Ankaradadır.

KONKRET.az xəbər verir ki, Türkiyədə bəzi ərzaqlar Azərbaycandan ucuzdur:

1kq pomidor 1.37 AZN

1kq xiyar 0.92 AZN

1kq badımcan 0.92 AZN

1kq soğan növlərə görə 0.46 AZN, 0.21 AZN

1kq çiyələk 1.36 AZN

1kq limon 0.53 AZN

1kq apelsin 0.55 AZN

1kq qarpız 0.92 AZN

1kq xurma 1.65 AZN

1kq banan 0.67-1.28 AZN,

1kq kartof 0.41 AZN

5 ədəd avokado 1.83 AZN

1kq qırmızı bibər 0.41 AZN

1kq yaşıl bibər 0.92 AZN

1kq kök 0.27 AZN

Ağartı məhsulları

1litr süd 0.82 AZN

1litr ayran 0.64 AZN

500qr yoqurt 0.59 AZN

80ml içməli yoqurt 0.37 AZN

125qr aktiviya 0.55 AZN

500qr pendir 3.16 AZN

225qr pendir bağlamada 1.56 AZN

500qr kərə yağı 3.57 AZN

Marqarin 0.55 AZN

30 ədəd yumurta 3.57 AZN

Ət məhsulları

1 çolpa 1.92 AZN

1kq toyuq qanadı 2.66 AZN

1kq toyuq filesi 4.21 AZN

1kq mal əti 6.78 AZN

1kq doğranmış mal əti 8.61 AZN

1kq çəkilmiş mal əti 9.34 AZN

1kq sümüksüz mal əti 13 AZN

1kq qoyun qabırğası 7 AZN

1kq kotlet 8.98 AZN

1kq sümüksüz qoyun əti 13 AZN

1kq çiy qoyun əti kababı 8.98 AZN

Meyvə qurusu və çərəzlər

1kq ərik qurusu 9.16 AZN

1kq üzüm qurusu 6.23 AZN

1kq əncir qurusu 11 AZN

1kq badam 18.50 AZN

1kq fındıq 12.80 AZN

1kq araxis 3.21 AZN

1kq günəbaxan tumu 4.58 AZN

Siyahını 1 və 3 manat civarında çaylar, 4 AZN-ə çaxır və Bakıdakından qat-qat ucuz satılan xarici tekila və viskilərlə artırmaq olar. Amma restoranlardakı qiymətlərlə davam etmək istəyirik:

Normal restoranda xörək 2.75 AZN

İki nəfərlik 3 xörəkli nahar 18.32 AZN

Mc Donalds menyusu 3-4 AZN

Kapuçino 1-2 AZN

Coca-Cola 0.46-1 AZN

Su 0.20 AZN

Qeyd edim ki, restoran qiymətləri şəhərlərə görə dəyişir. Məsələn İstanbulda 1 nəfərin naharı 4-6 manata başa gələ bilər. Bəli, İstanbuldakı qiymətlər də Bakının yanında toya getməlidir. Hər bahalaşmaya isə gömrük rüsumu və inflyasiya donu geyindirmək ibtidai icma dövründən qalma bəhanələrdir. Don demişkən, Ankaradakı geyim qiymətləri də maraqlıdır:

LC Waikiki

Qadın və (futbolka) kişi köynəkləri 3-5 AZN

Cins şalvarlar 10 AZN

Qollu köynək 10 AZN

Uşaq paltarları 6-14 AZN

Levis cinsləri 50 AZN

Zara, H&M donları 35 AZN

Nike idman ayaqqabıları 80 AZN

Dəri ayaqqabılar 55 AZN

Yaxşı ki, Azərbaycanda insanlar “Trendyol” kimi proqramlardan istifadə edib hansısa paltarı Bakıdakı qiymətlərdən 2 dəfə ucuz ala bilirlər. Bir məqama da diqqət yetirim ki, ölkədəki qiymətlər əhalinin gəlir səviyyəsinə uyğun müəyyənləşdiriləndə insanlar iş-ev rejimindən çıxa, hardasa istirahət edə, həftədə bir dəfə səhər yeməyi üçün restorana gedə, Bakının səviyyəli məkanlarında heç olmasa, çay içə bilirlər.

Axı Azərbaycan yalnız vəzifəli, varlı və turistlərin ölkəsi deyil. Vətən üçün ölən, Qarabağda zəfər qazanan, bayrağımızı ucalarda saxlayan kasıbları unutmaq olmaz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...