Oliqarx Babaşov dəfn pullarına da göz dikib?

Oliqarx Babaşov dəfn pullarına da göz dikib?

GUNDEMİNFO.AZ -IN e-mail poçtuna Qazax şəhər sakinləri İsmayılova Aytən Mayıl qızı, İsmayılova Kəmalə Mayıl qızı və İsmayılova Humay Mayıl qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya və Qazax Rayon icra başçısı cənab Rəcəb Babaşova ünvanlanan şikayət məktubunun bir surəti daxil olub.
Vətəndaşlar yazmış olduqları müraciətlərində bildirirlər ki, “Məni Qazax İcra Hakimiyyətinə çağırdılar və mənimlə söhbət etdikdən sonra, məni Şəhər İcra nümayəndəsi Akif Vəliyevin yanına göndərdilər ki, tapşırmışıq işini düzəldəcəklər. Mən Akif Vəliyevin yanına getdim, lakin o mənə heç bir köməklik etmədi. Mən başa düşmürəm ki, Azərbaycanda qanuni dəfn pulu almaq mümkün deyil? Bu necə bir qanunlardır və ya məmur niyə bizə köməklik etmir? Hər şeydən bezmişik. Evimizə 1 manat da gəlmir. İndi ölümüzə verdiyimiz yas pulunu borc etmişik və onu da ödəyə bilmirik. Qanuni ölünün haqqı verilmir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Xahiş edirik bizə kömək edin! İndi biz dəfn pulunu ala bilmirik. Qazax şəhərində aidiyyatı qurumlara müraciət etsək də heç bir köməklik olunmadı. Biz nə edək. Nəylə dolanaq, cənab Prezident. Dəfn pulunu da ala bilmirik. Halbu ki, qanuni olaraq dəfn pulu verilməlidir. Niyə vermirlər? Bizə kömək edin Mehriban
Xanım!”
Biz GUNDEMİNFO.AZ olaraq müraciəti dərc etdik. Görək Qazaxın icra başçısı Rəcəb Babaşov nə deyəcək?

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...