Ermənilər Ordumuzun önündə mövqe tutdu: 10 metr məsafə var

Ermənilər Ordumuzun önündə mövqe tutdu:

Ermənistan və Azərbaycan arasında bağlanmış ikitərəfli razılaşmaya əsasən, bu il Dağ (Tex) və Zabux (Ağavno) kəndlərinin ortasında paralel olaraq yeni mövqelərin yerləşdirilməsi işlərinə start verilməli idi. Azərbaycan artıq sərfəli mövqelərə yiyələnib və mühəndislik işlərinə başlayıb. Biz yolun bir tərəfindəyik, azərbaycanlılar isə o biri tərəfində.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Etk” nəşri məlumat yayıb.

“Ötən gün Ermənistan qüvvələri də yeni mövqelərdə məskunlaşaraq Azərbaycan mövqeləri ilə paralel mühəndislik işlərinə başlayıb. Yeni mövqelər Dağ kəndindən Xankəndiyə gedən yolda yerləşən keçmiş erməni nəzarət-buraxılış məntəqəsinin yaxınlığında yerləşir. Mövqelərin təchiz olunması istiqamətində işlər gedir, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, - məlumatda deyilir.

Qeyd edək ki, Ordumuz yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...