Şəkidə yaşıllıqlar məhv edilir - məmurlar özlərinə obyekt inşa edir - VİDEO

Şəkidə yaşıllıqlar məhv edilir -
Bura Şəki rayonudur. Son günlər bu rayondan redaksiyamıza daxil olan şikayətlərin sayı durmadan artmaqdadır. Şikayətlər əsasən yerli məmurların özbaşnalığı, vətəndaşlara qarşı etinasızlığıdır. Gundeminfo.az-a daxil olan şikayətlərdən biri də, yerli məmurların rayonu işğal edərək ğzlərinə saysız-hesabsız obyektlər, ticarət və iaşə obyektləri inşa etmələri ilə bağlıdır.

Redaksiyamıza daxil bu görüntülərdə Şəki şəhəri ərazisindədir. Şəki camaatı buranı "Çöl yolu" adlandırır. Əsas magistral yolun üstündə "Təzə Bazar"ın qarşısı Pansionatın üstü kimi tanınan bu ərazidə yaşıllıqlar məhv edilir.

Göörüntüləri təqdim edən vətəndaşlar iddia edir ki, əvvəlcə yol kənarındakı çoxilliq ağaclar təmamən budanır, daha sonra isə kökündən kəsilir. Əvəzində həmin ərazidə obyektlər inşa edilir.


Görüntülərin Şəki İcra Hakimiyyətinin yüksək cinli məmurlarına məxsus olduğu iddia edilir. Daha ətraflı araşdırmalarızdan sonra sizlərə məlumat verəcəyik.

Qeyri-iş günü olduğuna görə rəsmi qurumların mövqeyini öyyrənmək mümkün olmadı. Gundeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...