Səddamın silahları Ukraynaya verilir - Şok iddia

Səddamın silahları Ukraynaya verilir -
Böyük Britaniyada yerləşən "Tanks-a-lot" özəl firması vaxtilə İraqın keçmiş rəhbəri Səddam Hüseynin arsenalının bir hissəsi olan köhnə sovet haubitsalarını əldə edə bilib.

Axar.az xəbər verir ki, bu barədə "BneIntelli Nyus" Avstriya və Latviya mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu silahlar hazırda Baltik dənizi vasitəsilə Ukraynaya çatdırılır:

"İnternetdə 122 mm-lik "Qvozdika" və 152 mm-lik "Akasiya" haubitsalarının fotoşəkilləri yayılıb və onların səhra kamuflyajı mənşəyini açıq şəkildə göstərir.

Tranzitin təfərrüatı ilə bağlı qeyri-müəyyənlik olsa da, xüsusən də silahların Latviyaya necə çatdığı qaranlıq qalsa da, bir şey aydındır: onların son hədəfi Ukraynadır. Bu silahlar 1980-ci illərdə İran-İraq müharibəsi zamanı mühüm rol oynayıb. Səddam rejiminin süqutundan sonra silahlar ABŞ və Böyük Britaniyanın koalisiya qüvvələrinin əlinə keçib. Silahlar zərərsizləşdirilməli və məhv edilməli idi, lakin effektiv həll yolu tapılmayıb. Bunun əvəzinə onlar Avropaya qayıdıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...