Ədliyyə Nazirliyində islahat - Rəhman Məmmədov işdən çıxarıldı

Ədliyyə Nazirliyində islahat -
Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsindən çıxarıldı.

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

Gundeminfo.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Həsənov Elmin Ağamusa oğluna həvalə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...