Zamirə Hacıyevanın 30 milyonluq mülkü əlindən alındı
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirə olunmasına razılıq verib.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, bu qərar Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) daşınmaz əmlakın alınmasında apardığı 6 illik araşdırmanın nəticələrinə əsasən qəbul edilib.
NCA hesab edir ki, bu aktivlər genişmiqyaslı fırıldaqçılıq və oğurluq, saxta hesabat və çirkli pulların yuyulması nəticəsində əldə edilib.
2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.
Cahangir Hacıyev 2015-ci ilin mart ayına qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir.
Sonradan NCA müstəntiqləri ABB-dən vəsaitlərin müxtəlif hesablar vasitəsilə köçürülməsinə və Hacıyevin yaxın adamı tərəfindən yuyulmasına dair çoxsaylı faktlar aşkar ediblər. Böyük məbləğlər Britaniya Vircin adaları, Sent-Kits və Nevis, Panama, Kipr və Lüksemburq vasitəsilə köçürülürərək Londonda əmlak almaq üçün istifadə edilirmiş.
Belə ki, qolf klubunun alınması Lüksemburqda qeydiyyatdan keçmiş şirkətlərin mürəkkəb strukturu, eləcə də Kiprdə ofşor trestlər vasitəsilə həyata keçirilib.
NCA-nın məlumatına görə, Naytsbricdə ev alınması üçün istifadə olunan, demək olar, bütün vəsaitin ABB-nin iki konkret hesabından Kipr, Estoniya və İsveçrə vasitəsilə gəldiyi güman edilir.
Qeyd edək ki, uzun illər Londonda yaşayan Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinqdən (34 557 736 AZN) çox pul xərclədiyindən sonra dünya mediasının diqqət mərkəzində olub.
2018-ci ilin fevralında məhkəmə prosesi başlayanda onun adına olan bütün əmlakın dəyəri 22 milyon funt sterlinqdən (47 516 887 AZN) çox qiymətləndirilib.
244 dəfə oxundu