Azərbaycanda içməli su problemi - milyardlar xərclənir, amma...
Azərbaycan Cənubi qafqazın ən az içməli su ehtiyatı olan ölkəsidir.
İllərdir ki, Azərbaycanda su təsərrüfatına böyük investisiyalar qoyulub. Son 20 ildə su təchizatı və sanitariya xidmətləri infrastrukturuna təxminən 4-5 milyard dollar sərmayə qoyulub.
Gundeminfo.az xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda məlumatlar yer alıb.
Ayrılan investitsiyalar ölkənin 50-dən çox rayonunda su təchizatı və sanitariya infrastrukturunun yaxşılaşdırılmasına yönəlib. Lakin Azərbaycanda su ehtiyatları azalmaqda davam edir. Mütəxəssislər iqlim dəyişikliyinin və artan tələbatın təsiri altında su ehtiyatlarının 30-40% qədər azalacağını proqnozlaşdırır. Dünya Bankının hesablamalarına görə 2022-ci ildə Azərbaycanın ümumi su ehtiyatı 17 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir azalmadır.
Dünyada içməli su qıtlığı ciddi bir problem olaraq qalır və bu, Azərbaycanın da üzləşdiyi məsələlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin təxminən yarısı ildə ən azı bir dəfə su qıtlığı yaşayır. 2050-ci ilə qədər bu rəqəm daha da artaraq təxminən 1.7–2.4 milyard insanı əhatə edəcək.
Azərbaycanın su ehtiyatları əsasən Kura və Araz çaylarından asılıdır.
Bu çaylar ölkənin su ehtiyatlarının təxminən 78%-ni təmin edir, lakin suyun böyük hissəsi qonşu ölkələrdən daxil olduğu üçün transsərhəd su axınları da azalır. İqlim dəyişikliyi və su ehtiyatlarının azalması ilə Azərbaycan 2022-ci ildə yalnız 17 milyard kubmetr su ilə məhdudlaşıb ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir azalmadır.
İndi ən ciddi problem ölkə əhalisinin böyük bir qisminin məskunlaşdığı Bakı və ətraf ərazilərdə isə su itkiləridir.
Rəsmi məlumatlara əsasən son 5 ildə Bakı ətrafındakı köhnəlmiş infrastruktur səbəbindən su itkiləri 55%-ə qədər yüksəlib. Regionun su təchizatının gücləndirilməsi üçün böyük məbləğdə investisiyalar qoyulsa da, kənd ərazilərindəki problemlər hələ də qalmaqdadır. 2023-cü ildə Azərbaycanın Su Ehtiyatları Agentliyi (ASWRA) yaradılaraq su resurslarının tənzimlənməsi və su siyasətinin inkişafı ilə bağlı Dövlət Proqramı da qəbul edilib. Lakin su itkiləri hələ də problem olaraq qalmaqdadır.
Belə olan təqdirdə ölkənin su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı hansı yeni proqramlar var, bu barədə də detallı məlumatlar əldə etmək mümkün deyil.
İndi Azərbaycanın regionlarında torpaq kanallar(arxlar) vasitəsi ilə təsərrüfatlar üçün və içməli su üçün istifadəsi həm səmərəliliyi aşağı salır, həm də su itkilərini artırır. Nəticə etibarilə də ye ni texnologiyalar, damcı suvarma sistemlərinə keməklə bağlı səmərəli hansı qərarlar qəbul edilir bəlli deyil...
Ortada açıq suallar var...
Fakt ondan ibarətdir ki, Azərbaycan üçün təcili həlllini gözləyən problem içməli su təchizatı problemidir.
Gundeminfo Analitik Ekspert Qrupu
221 dəfə oxundu