Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib – Fotolar

Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib –
Yasamal rayonu 2-ci Alatava yaşayış massivi sakinləri yolsuzluqdan əziyyət çəkir.

Gundeminfo.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a yazan sakinlər bildirib ki, 2-ci Alatavada yollar bərbad vəziyyətdədir. Yayda çala-çuxurdan, qışda isə palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər bildirib ki, bu yollarda avtomobillə də hərəkət etmək artıq müşkülə çevrilib:

“Bu küçə gənc şəhidimiz Nurlan Mustafayevin adınadır. Aidiyyəti qurmlar heç olmasa şəhidin adına olan bu küçəyə laqeyd yanaşmasınlar. Şəhidin adını daşıyan yolda hərəkət ediləsi deyil. Heç avtomobillə də hərəkət etmək olmur. Avtomobillər yararsız hala düşür.
Nə Yasamal rayon İcra Hakimiyyətinə, nə də Bələdiyyəyə etdiyimiz müraciətlərə baxan yoxdur. Qonşularla pul qoyub yol problemimizi özümüz həll etməkdən yorulmuşuq. Bu yoldakı problem birdəfəlik aradan qaldırılmalıdır. Aidiyyəti qurumlar şəhidin adından, şəhid ailəsindən utansınlar heç olmasa”.

Sakinlər yol problemlərinin tezliklə həll olunacağına ümid edir.


Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib –
Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib –
Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...