Təhsil şöbəsinin müdiri direktora hücum edib? - ŞOK

Təhsil şöbəsinin müdiri direktora hücum edib? -
Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri məlum olub. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev ixtisasca aqronomdur və “Soros Fondu”nun hesabına xaricdə kurs keçib. Mənə verilən məlumata görə, Goranaboy rayonunda böyük məktəblərin birinin direktoruna özü hücum çəkib və onu təhqir edib ki, bu dəqiqə ərizəni yazmalısan. Tam şəkildə Soros tərbiyəsidir və regionda qarşıdurmaya rəvac verən hərəkətlərdir. “Soros”un, “fetoçu”ların və digər “5-ci kolon”un nümayəndələrənin məktəblərimizdən ayağı kəsilməlidir”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

Deputat məsələ ilə bağlı hüquq mühafizə orqanlarının ciddi araşdırma aparacağına və Regional təhsil idarə müdirinin əməllərinə hüquqi qiymət veriləcəyinə inandığını qeyd edib: “Anar Qədimalıyev ölkədə orta təhsilin dağıdıcılıq missiyasını həyata keçirən “5-ci kolon”un görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın ən yaxın sirdaşıdır, Bakıya gələn kimi ilk yolunu Məhəbbət Vəliyevanın dəbdəbəli ofisinə salır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...