Beyləqanda 4 nəfəri qətl etməkdə şübhəli bilinən şəxs həbc olunub

Beyləqanda 4 nəfəri qətl etməkdə şübhəli bilinən şəxs həbc olunub
Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Report"un xəbərinə görə, bu barədə rayon məhkəməsində qərar elan olunub.

Hazırda istintaq davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.

Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...