Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Pərviz Yunusovun cinayət işi prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub.

Hökmə görə, P.Yunusovun barəsində 7 il müddətinə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, P.Yunusov tanışı Rasim Məmmədovdan 34 min manat, Mehman Məmmədovdan isə külli miqdarda pul alaraq şərikli biznes quracağını vəd edib. Lakin o həmin şəxslərin etibarından sui-istifadə edərək pullarını geri qaytarmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...