Daşkəsəndə orta məktəbdə 56 min manat mənimsənildi - Cinayət işi açıldı - RƏSMİ

Daşkəsəndə orta məktəbdə 56 min manat mənimsənildi -
Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə “Report”a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...