Şəkidə uşaq bağçasında 105 minlik mənimsəmə - Cinayət işi açıldı

Şəkidə uşaq bağçasında 105 minlik mənimsəmə -
Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.


Məlumata görə, Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...