Moskvada partlayış: Rusiyalı general öldürüldü

Moskvada partlayış:

Moskvanın Ryazansk prospektindəki yaşayış binasında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, binanın birinci mərtəbəsində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Rusiya Teleqram kanalları ölənlərdən birinin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov olduğunu yazıb.

Generalla birlikdə onu işə aparmağa gələn sürücüsü də ölüb. Onlar binanın çıxışında olarkən, partlayıcı qurğu işə salınıb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...