Aptek işçisini baltalayan “Maşın şou”da həkim olub
Bu gecə Məhəmmədi qəsəbəsində yerləşən apteklərin birində soyğunçuluq hadisəsi baş verib
GUNDEMİNFO.AZ-a istinadən xəbər verir ki, aptekə daxil olan müştəri əczaçı Davud Vəliyevə resept təqdim edib. Satıcı dərmanları axtarmaq üçün piştaxtadan uzaqlaşan zaman müştəri oğurluq məqsədilə əlini kassaya atıb. Hadisəni görən əczaçı müştəriyə yaxınlaşıb. Bu zaman müştəri özü ilə gətirdiyi balta ilə satıcıya zərbə vurub. Əczaçı ağır yaralanıb, bundan sonra müştəri kassadan 300 manat oğurlayaraq aradan çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törədən şəxs 1980-ci il təvəllüdlü Rüfət Məmmədovdur. O, ali təhsilli həkimdir. Bakının bir neçə məşhur klinikasında həkim vəzifəsində çalışıb. Son bir neçə aydır ki, narkotik aludəçisidir və cinayəti də məhz bu səbəbdən törətdiyi bildirilir.
Rüfət Məmmədov həmçinin bir neçə il əvvəl məşhur "Maşın şou" proqramında fəaliyyət göstərən həkim komandasının üzvü olub.
Hazırda onun tutulması üçün axtarış aparılır.
Qeyd edək ki, Rüfət Məmmədov "Baku Medical Plaza", “ABU-Endoklinik”, "Atlas" klinikasında işləyib.
1508 dəfə oxundu