Bakıda köhnə ədavət qonşular arasında qan saldı

Bakıda köhnə ədavət qonşular arasında qan saldı


Nərimanov rayonunda 19 yaşlı gənci qanın qəltan ediblər

Dünən Bakının Nərimanov rayonunda iki köhnə tanış arasındakı mübahisə qanla nəticələnib. Ans press-in məlumatına görə, hadisə F.Yusifonv küçəsi 45 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 19 yaşlı Vüsal Məmmədov bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Onu qarnından bıçaqlayıblar. Həkimlər yaralıya ilkin tibbi yardım göstəriblər. Yaralınn vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər. İlkin araşdırmalar zamanı onun qonşusu və tələbə yoldaşı olan bir nəfər tərəfindən bıçaqlandığı məlum olub. Lakin hələlik şübhəlinin kimliyi barədə məlumat yoxdur.

Sadəcə onu bildirirlər ki, yaralı şəxslə şübhəli şəxs arasında əvvəldən ədavət olub. Hazırda polis hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...