Sabiq nazir xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarıldı

Sabiq nazir xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarıldı


Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsindən saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov "Report"a açıqlamasında deyib ki, hazırda N.Quliyevin vəziyyəti normaldır. Xatırladaq ki, N. Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1466 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...