3 nazir futbol oyununa görə işdən çıxarıldı

3 nazir futbol oyununa görə işdən çıxarıldı


Portuqaliyada üç nazir 2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa Çempionatında milli komandanın oyunlarını izlədiyi üçün istefa vermək məcburiyyətində qalıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Antonio Costa hər üç nazirin - maliyyə işlərindən məsul dövlət naziri Fernando Rocha, sənayedən məsul dövlət naziri Joao Vasconcelos və beynəlxalq əlaqələrdən məsul dövlət naziri Jorge Costanın istefa ərizəsini qəbul edib.

Qeyd olunub ki, nazirlər “Galp” adlı neft şirkətinin dəvəti və maliyyə dəstəyi ilə Portuqaliya millisinin oyunlarını izləmək üçün Fransaya gedib. Ölkə prokurorluğunun apardığı araşdırmadan sonra hər üç nazir çəkilən xərci şirkətə geri qaytarıb.

Xatırladaq ki, Portuqaliyadakı sosialist hökumət 2016-ci ilin sonunda yeni qanun qəbul edərək rəsmi şəxslərin dəvətnamə və hədiyyə almasına ciddi məhdudiyyətlər qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...