"Sevil massivi"nin vəzifəli şəxslərinə hökm oxundu - Qalmaqallı iş bitdi

"Sevil massivi"nin vəzifəli şəxslərinə hökm oxundu -


Azərbaycandakı ən qalmaqallı məhkəmələrdən biri başa çatıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən "Sevil massivi" MMC-nin təsisçisi Aynur Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəməsi prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə digər təqdirləndirilənlər Mirdamat Muradıyevin və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalöndan azadlığa buraxılıblar.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin ismayılovun 13 il, Mirnamat Miradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, MMC-nin təsisçisi Aynur Zeynalov həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqfa, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etməkdə təqdirləndidilir.

Onlar Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunur.

Həbs edilənlərdən biri olan Abşeron rayon Hökməli bələdiyyəsinin sabiq sədri Mirdamat Miradiyev bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almaqda təqsirli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Amma ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil massivi” MTK-nın məsul şəxsləri bələdiyyə sədri M.Miradıyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər.

Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bildirək ki, “Sevil massivi” MTK tərəfindən qeyd olunan ərazidə təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub.

Rəsmi ittihamda həmçinin bildirilir ki, müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlığna məhəl qoyulmayıb.

Bu iş üzrə zərərçəkmiş şəxslərin sayı yüzlərlədir. Onlar arasında tropaq sahəsinə pul ödəyənlər, ev tikdirmək üçün MMC-yə ödəniş edənlər var. Zərərçəkmişlər məhkəmədə deyiblər ki, tikinti işləri dayandırıldıqdan, MMC rəhbərliyi həbs edildikdən sonra pullarını ala bilməyiblər və zərərçəkmiş kimi tanınıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...