Biləsuvarda kütləvi dava- xəsarət alanlar var

Biləsuvarda kütləvi dava-

Biləsuvar rayonunda kütləvi dava olub.
"Report"un Aran bürosunun məlumatına görə, hələlik səbəbi məlum olmayan hadisə rayon mərkəzindəki Səməd Vurğun küçəsində qeydə alınıb.
Dava nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onlardan birinin-Biləsuvar rayon Səmədabad kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Bəhruz Adil oğlunun vəziyyətini ağır kimi qiymətləndiriblər. Onun baş nahiyəsindən ağır xəsarətlər aldığı bildirilib. Digər yaralıya ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...