“Lotu Quli”nin yeznəsi azadlığa buraxılıb

“Lotu Quli”nin yeznəsi azadlığa buraxılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynov vaxtından əvvəl azadlığa buraxılıb. "Report"un məlumatına görə, 1 saylı İstintaq Təcridxanasında saxlanılan V.Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.

V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.

İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən ibtidai araşdırlması üçün prokurorluğa göndərilib.

Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Fərid Nağıyev vəsatətlə çıxış edib. O, hakim Ə.Hacıyevə etiraz verib. Prokuror bildirib ki, Nadir Səlifovun ("Lotu Quli") məhkəməsi zamanı Ə.Hacıyev onun vəkili olub. Prokuror qeyd edib ki, bu, hakimin işdə maraqlı olması kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. V. Hüseynov da vəkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər Fikrət Qəribov və Rasim Sadıqov etirazla bağlı müşavirəyə gediblər. Müşavirədən sonra qərar açıqlanıb. Hakimlər etirazı təmin ediblər. Yeni hakim təyin olunana kimi isə proses təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Ramella Allaverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...