Zaqatalada bir ailənin altı üzvü qidadan zəhərləndi

Zaqatalada bir ailənin altı üzvü qidadan zəhərləndi

Zaqatala rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Danaçı kəndindən bir ailənin altı üzvü - 1966-cı il təvəllüdlü Mehdi Müslüm oğlu Mehdiyev, onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Sübeybət Nəsrullah qızı Mehdiyeva və onların övladları, 1992-ci il təvəllüdlü Həbibət, 1996-cı il təvəllüdlü Rəziyyət, 1997-ci il təvəllüdlü Minayə və 2000-ci il təvəllüdlü Əsəbəli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, altı nəfərdən ibarət ailə ötən gün axşam iftar açan zaman qarpız da daxil olmaqla qarışıq qida məhsulları qəbul ediblər.

Gecə saatlarında ailə üzvlərinin vəziyyətləri pisləşməyə başlayıb və bu gün səhər xəstəxanaya gətiriliblər. İlkin ehtimala görə, onlar qarışıq qidadan zəhərləniblər. Onlardan götürülmüş nümunələr analiz edildikdən zəhərlənmənin dəqiq səbəbi bəlli olacaq. Hazırda ailə üzvləri


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...