Qazaxıstan aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutuldu

Qazaxıstan aeroportunda Azərbaycan vətəndaşından
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Virtualaz.org xəbər verir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da “İstanbul-Astana” reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
933 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...