Bakıda ərin arvadını öldürməsinin səbəbi - ərindən xəlvət masaj salonunda işləyirmiş
Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub. B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib. Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub. Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb. B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
1011 dəfə oxundu