Müəllimlər İnstitutunun sabiq direktoru axtarışa verildi

Müəllimlər İnstitutunun sabiq direktoru axtarışa verildi

GUNDEMİNFO.AZ Lent.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq(178), vəzifə səlahiyyətlərindən sui-istifadə (308) və vəzifə saxtakarlığı (313) maddələri ilə təqsirləndirilən Ramiz Məmmədov məhkəmə prosesindən yayındığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, məhkəmə prosesi bu ilin fevralında başlayıb və R.Məmmədovun səhhəti ilə bağlı proses xeyli yubanıb. Daha sonra isə o, məhkəməyə gəlməkdən boyun qaçırıb.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...