PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub FOTO

PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub


PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar. Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.

Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...