Çovdarov: "Həbsdən qabaq istədim özümü öldürəm, amma fikirləşdim ki..."

Çovdarov: "Həbsdən qabaq istədim özümü öldürəm, amma fikirləşdim ki..."

Bu gün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov son sözlə çıxış edib.

Virtualaz.org saytının xəbərinə görə, A.Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, ittihamların qərəzli olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim. Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

“Mənim ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibət göstərilib. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam"- deyə A.Çovdarov əlavə edib.

Məhkəmədə fasilə elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...