Moskvada quldurluq edən şəxs Bakıda məhkəmədən azadlığa çıxdı

Moskvada quldurluq edən şəxs Bakıda məhkəmədən azadlığa çıxdı

Moskvada quldurluğa görə həbs edilən və 5 il azadlıqdan məhrum edilən şəxs Bakıda hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1981-ci il təvəllüdlü Həsənov Rəşad Məhəmməd oğlu barəsində Penitensiar Xidmətin təqdimatına baxılıb. Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin təqdimatı təmin edilib.

Penitensiar Xidmət Rəşad Həsənovun cəzasının Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənməsini istəyib. Bildirək ki, Rəşad Həsənov 2012-ci ildə Moskvada quldurluq əməli törətdiyinə görə həbs edilib və 5 il azadlıqdan məhrum edilib. Məhkəmə qeyd edilən təqdimata baxıb. Prokuror Sabir Abdinov çıxış edərək bildirib ki, R.Həsənovun cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tənzimlənməlidir.

Prokuror qeyd edib ki, qeyd edilən maddələrlə R.Həsənova 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu cəza oktyabrın 5-də bitdiyindən o, məhkəmə zalından azadlığa buraxılmalıdır. Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən R.Həsənovun cəzası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tənzimlənib və ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza müddəti başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...