“Karvan”ı yandıran azadlığa çıxdı – 14 milyon ziyan

“Karvan”ı yandıran azadlığa çıxdı –


Sumqayıt şəhərindəki “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı təqsirli bilinən “Karvan İstehsalat Kommersiya Şirkəti MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləmiş İsməli Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzində 2013-cü il oktyabrın 19-da yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Məlum olub ki, yanğın zamanı sahibkarlara ümumilikdə 14 milyon 894 min 141 manat ziyan dəyib.

Yanğında günahkar bilinən Sumqayıt şəhər sakini İsməli Bayramov barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə İsməli Bayramov 4 il 6 ay azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Hökmdən prokuror apelyasiya portesti verib. Sumqayıt Apelyasiya Məhkəməsi prokurorun protestini təmin edib, Sumqayıt şəhər Məhkəməsinin hökmü ləğv olunub, İsməli Bayramovun barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, İsməli Bayramv 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.

Bu qərardan İsməli Bayramov və müdafiəçisi kasasiya şikayəti veriblər. Müdafiə tərəfi iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işə yenidən baxılmasını istəyib.

Kasasiya şikayətinə Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti İsməli Bayramovun kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb.

Qərara görə, İsməli Bayramovun cəzası 4 il 7 aya endirilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Karvan” ticarət mərkəzinin sahibi Sumqayıt şəhərinin ən iri sahibkarlarından olan Ağamirzə Əhədovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...