Cahangir Hacıyevin kassasiya şikayəti geri qaytarılıb

Cahangir Hacıyevin kassasiya şikayəti geri qaytarılıb
Bu gün Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda hakim bildirib ki, C. Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev kassasiya şikayətinin yenidən hazırlanması üçün vəsatət veriblər. Məhkəmə vəsatəti təmin edib.

Şikayət baxılmadan geri qaytarılıb.

Prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Azad Cavadov da kassasiya şikayəti verib. Hakim bildirib ki, hər iki təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək vəkillərin vəsatətini müdafiə etdiklərini bildiriblər.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub. C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən verilən apellaysiya şikayətləri təmin edilməyib.

Məhkəmə Məmməd Cahangirov barəsində 7 il 6 aylıq şərti cəza müəyyənləşdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...