Şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimə edilib

Şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimə edilib

Sumqayıtda şagirdin ölümünə səbəb olan müəllim cəzalandırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 17 saylı məktəbin müəllimi, Zəngilan rayon sakini 1967-ci il təvəllüdlü Qəfər Hacıyev dərsə gecikən şagirdləri cəzalandırmaq üçün stadion ətrafında qaçmağa məcbur edib. Bir neçə dövrə vurduqdan sonra şagirdlərdən biri, Azad İlyasov təngnəfəs olaraq yerə yıxılıb və ürək çatışmazlığından vəfat edib.

Müəllim Qəfər Hacıyevə qarşı Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılsa da, Sumqayıt Şəhər Məhkəməsi onun bu işdə günahı olmadığı qənaətinə gəlib və Q.Hacıyev barəsində bəraət hökmü çıxarılıb.

Prokurorluğun protestini apellyasiya məhkəməsi təmin etməsə də, Ali Məhkəmə qərarı ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar işə baxılan zaman aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib. Q.Hacıyev təqsirli bilinərək 1 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 500 manat cərimələnib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...