Milli Məclis Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan layihəni qəbul edib
Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Gundeminfo.az xəbər verir ki, qanun layihəsinə əsasən Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilib.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.
Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
1081 dəfə oxundu