Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü lombarda qoydu - 2 il cəza aldı

Leyla Şıxlinskayanın 30 min manatlıq üzüyünü lombarda qoydu -

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, iclasda hökm elan edilib. Hökmə əsasən ona 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib.

Qeyd edək ki, G. Məmmədovanın Leyla Şıxlinskaya klinikasının rəhbəri L. Şıxlinskaya ilə rəfiqə olub. O, L. Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb və geri qaytarmayıb. G. Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...