“Yoldaşımı vurdular, mən arxa pəncərədən qaçdım” - VİDEO
Cəlilabadda qohumlar arasında düşən dava qanlı sonluqla nəticələnib. ARB TV xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində baş verib. Axşam saatlarında bir neçə şəxs kənd sakini Əbülfət Şəbiyevin həyətinə daxil olaraq onun evinin pəncərə və qapılarının şüşəsini küt alətlərlə sındırıblar.
Ev sahibinin sözlərinə görə, səsə çıxan evin xanımı Kəmalə Şəbiyeva həmin şəxlər tərəfindən dəmir linglə döyülüb. Həmin şəxslərin xəsarət yetirəcəyindən ehtiyyatlanan ev sahibi Əbülfət Şəbiyev evdən qonşuya qaçaraq polisə məlumat verib. Məlum olub ki, evə basqın edən həmin şəxslər elə ev sahibinin keçmiş qohumlarıdır.
Belə ki, Əbülfət Şəbiyevin oğlu ilə kənd sakini Əliağa Qürbətov adlı şəxsin qızı bir ilə yaxın evli olduqdan sonra onlar məhkəmənin qərarı ilə boşanıblar. Bu isə ailələr arasında sonradan narazılıqlar yaradıb. Hadisə zamanı xəsarət alan Kəmalə Şəbiyeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.
Əbülfət Şəbiyev - Zərərçəkən: “7-8 nəfər adam məni söyə-söyə gəldi. İstədim çölə çıxam, yoldaşım dedi ki, məni vurdular. Pəncərəni sındırıb evə girdilər. Mən arxa pəncərədən qaçdım. Qonşunun evinə qaçdım. Qonşunun da pəncərəsini sındırdılar, mən də yan pəncərədən qaçdım”. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
1061 dəfə oxundu