Fədayə Laçının şok ittihamla həbsi... - Baş Prokurorluqdan açıqlama

Fədayə Laçının şok ittihamla həbsi... -

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib. APA-nın məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fədayə Laçının həbs olunması xəbərini Axar.az-a təsdiqləyib. "Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - E.Sultanov bildirib.

Eldar Sultanov bununla bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyini deyib. Qeyd edək ki, Fədayə Laçının bacısı İlahə Fəda bəzi saytlara açıqlamasında məlumatın yalan olduğunu və bu xəbəri yayan saytları məhkəməyə verəcəklərini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...