Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsi və onun sürücüsünə cəza istəyib

Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsi və onun sürücüsünə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoru Gülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Sonra prokuror Fəhmin Hümbətov çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. Prokuror B. Şəfiyevin 9 il, G. Əliyevanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 8-də davam etdiriləcək.

İttihama görə, Bayram Şəfiyev özgənin əmlakını ələ keçirmək məqsədilə, 2011-ci il dekabr ayının ortalarında Gülşən Əliyeva ilə əlbir olaraq, tanışı İbrahim Cəfərovla görüşüb, G. Əliyevanı ona "Beynəlxalq Bank"ın baş mühasibi kimi təqdim edərək, sonuncunu bankda adına açılacaq müddətli əmanət (depozit) hesabına qoyulan puldan əlavə 5 faiz gəlir əldə edəcəyinə inandırıb. Bu yolla ondan 20 min manat məbləğində pul alaraq, guya bankdakı hesaba qoyacağını deyərək, onu aldadıb. Pulu isə G. Əliyevaya verib.

G. Əliyeva daha əvvəl bankın baş mühasibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...