Dekan müavini ilə tələbənin qalmaqallı məhkəməsi bitdi, cəza elan edildi

Dekan müavini ilə tələbənin qalmaqallı məhkəməsi bitdi,

Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsi başa çatıb. Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin, həmin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb.

Prosesdə hökm elan edilib. Hökmə əsasən Z.Mirağayev 1 il müddətinə islah işlərinə cəlb edilib. Onun aylıq əmək haqqısının 15 faizi də cərimə olaraq tutulacaq.

Z.Mirağayev bu hökmdən apellyasiya şikayəti verəcəyini deyib.

Xatırladaq ki, Zəka Mirağayev məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etmişdi.

Qeyd edək ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...