Rusiyada azərbaycanlı iş adamı həbs olunub

Rusiyada azərbaycanlı iş adamı həbs olunub

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub. Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Rayon məhkəməsi onunla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçib. N. Ağayev şəhərdə tikinti sektorunda çalışan iş adamları arasında baş vermiş silahlı insidentdə iştirakda ittiham olunur. Rusiya Federasiyası İstintaq Komitəsinin yerli bölməsi tərəfindən istintaq aparılır.(APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...