Bakıda üç kişi mağaza sahibi olan qadını vəhşicəsinə döydü

Bakıda üç kişi mağaza sahibi olan qadını vəhşicəsinə döydü


Bakıda üç kişi mağaza sahibi olan qadını bıçaqla hədələyiblər və sonra isə vəhşicəsinə döyüblər.

Musavat.com xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Saat 23 radələrində Pizavod küçəsində yerləşən mağazada Elxan, Fərid və Fərhad adlı şəxslər mağazanın sahibi olan 1983-cü il təvəllüdlü Qızılgül Əhmədovanı bıçaqlayaraq, öldürəcəkləri ilə hədələyiblər. Qadın müqavimət göstərdikdə isə onu yerə yıxaraq, döyüblər. Qadın bədən xəsarətləri alıb. Hadisənin hansı məqsədlə törədilməsi məlum deyil.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma
aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1164 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...