Göyçayda qadın su quyusuna düşərək ölüb

Göyçayda qadın su quyusuna düşərək ölüb


Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:50 radələrində Göyçayın Məlikkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyə Mustafa qızı yaşadığı evin həyətindən su quyusundan vedrə ilə su götürərkən su quyusuna düşüb. Köməksiz vəziyyətdə quyuda qalan iki uşaq anası suda boğularaq ölüb. İlkin ehtimala görə, qadın suya düşərkən onu quyunun üzərində quraşdırılan suçəkən motordakı elektrik cərəyanı vurub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...