Qurbanlıq qoyunları oğurlayan dəstə tutuldu
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub.
"Report" xəbər verir ki, rayonun Şəftəhal kənd sakini Nisə Məmmədovanın polis şöbəsinə etdiyi müraciəti əsasında əməliyyat-axtarış qrupu yaradılıb. Oğurluqda sübhəli bilinən Bərdə rayon sakinləri 32 yaşlı Elman İsmayılov, onun qardaşı 33 yaşlı Taryel İsamyılov və qardaşların dostu 25 yaşlı Ramin Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, oğru dəstə gündüz vaxtı kəndləri gəzərək ərazini seçiblər. Əsasən də Qurban bayramına sayılı günlər qaldığından bayramı fürsət bilərək xüsuilə qurbanlığa yararlı qoyunları oğurlayıblar. Oğurluqla məşğul olan dəstə soncu dəfə oğurladıqları qurbanlıq qoçlardan ikisini satıb və biri polis tərəfindən maddi sübut kimi götürülüb.
Zərdab Rayon Polis Şöbəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri Zərdabla yanaşı, Ucar rayonunda bu kimi cinayət əməllərini həyata keçiriblər. Hazırda onların digər rayonlarda oğurluq edib etməməsi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1089 dəfə oxundu