Nazirliyin keçmiş şöbə müdiri məhkəmə zalında həbs edildi

Nazirliyin keçmiş şöbə müdiri məhkəmə zalında həbs edildi


Nigar Abdullayeva 500 min manatı mənimsəməkdə təqsirli bilinib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdə Nigar Abdullayevaya hökm oxunub. Hakimlər kollegiyasın qərarına əsasən Nigar Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...