Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü


Tərtərdə qətl hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb.

Tərtər Rayon Prokurorluğundan sayta bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F.Zeynalov ailəli olub və qaçırdığı T.Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F.Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...